Modern.az

Yol polisi hesabat verdi - qəzalar, ölən və yaralananlar artıb

Yol polisi hesabat verdi - qəzalar, ölən və yaralananlar artıb

Ölkə

19 İyul 2011, 12:48

Daxili İşlər Nazirlyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2011-ci ilin 6 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın  möhkəmləndirilməsi  istiqamətində görülən işlər barədə hesabat verib.
BDYPİ-dən verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlarla bağlı yanvarın 27-dən fevralın 2-dək Bakı, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt və Şirvan şəhərlərində respublika üzrə DYP qurumlarının tam tərkibdə heyəti ilə zona müşavirələri keçirilib, dövlət rəhbərinin tələbləri şəxsi heyətə çatdırılıb, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan bir daha tələb olunub.

 2011-ci ilin 6 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 408342 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7686, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 42111, ötmə qaydalarının pozulması üzrə 7245, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 24713, sərnişin daşıma qaydalarının pozulması üzrə 2634 fakt aşkar ediblər. YHQ pozuntusuna görə 45073 sürücü yerində cərimə olunub, 1895 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
 
2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 1364 YNH-si qeydə alınıb, nəticədə 433 nəfər həlak olub, 1465 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artıb.     

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 138 YNH-i qeydə alınıb, nəticədə 98 nəfər həlak olub, 110 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı 30 (17,9%) və 75 nəfər (40,5%) azalmış, həlak olanların sayı isə 12 nəfər (13,9%) artıb.
 
Bakı şəhəri ərazisində 711 YNH-si qeydə alınmış və bunların nəticəsində 169 nəfər həlak olub, 774 nəfər yaralanıb. 2010-cu ilin 6 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) artıb.

 Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 40,3%-ni (550) piyadaların vurulması təşkil edib, nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb. Həlak olanların 24-ü, yaralananların isə 62-i piyadalardır.

2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaranlanması ilə nəticələnmiş 79 YNH-si bağlı qalıb.
 
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 18 nəfər  yaxalanıb, 5 ədəd Kalaşnikov avtomatı, 3 ədəd pnevmatik tüfəng, 2 ədəd tapança, 1 ədəd əl qumbarası, 737 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı