Modern.az

Gəncənin icra başçısı dediyini elədi, idarə rəisini işdən çıxardı

Gəncənin icra başçısı dediyini elədi, idarə rəisini işdən çıxardı

Ölkə

18 Avqust 2011, 13:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin ötən həftə xəbərdarlıq etdiyi Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova vəzifəsindən azad edilib. Bu barədə Modern.az saytına  Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, M.Məlikovanın işində ciddi nöqsanlar aşkarlanandan sonar belə bir qərar qəbul edilib.

Xatırladaq ki, avqustun 11-də Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının binasında şəhər İcra Hakimiyyətinin toplantısında icra başçısı Elmar Vəliyev Mina Məlikovaya belə bir xəbərdarlıq etmişdi:
“Çox təəsüf olsun ki, mədəniyyət sahəmiz “yaxşı” gündədir. Mina xanım sağ olsun qələmi götürüb kimə gəldi ərazilərini özəlləşdirib, pay verib. Əyləşin, mən sizi haqqınızda ciddi tədbir görəcəm”.

Minə Məlikova isə ona tutulan iradları qəbul etmədiyini, işdən öz ərizəsi ilə çıxdığını qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı