“Mən bu yay Bakıda deyildim. Ona görə də Ayaz Mütəllibov Bakıya gələndə onunla görüşə bilmədim”. Bunu Modern.az saytına sabiq spikeri Yaqub Məmmədov deyib.
O, qeyd edib ki, eks-prezident Ayaz Mütəllibovun mərhum oğlu Azad Mütəllibovun yalnız 40 mərasimində iştirak edə bilib: “Mən də hamı kimi hüzrə getdim, başsağlığı verdim. Ayaz Mütəllibovla 40 mərasimində görüşdüm, başqa görüşümüz, söhbətimiz olmadı”.
Hazırda Azərbaycan Tibb Universitetində çalışdığını deyən Y.Məmmədov işində bir dəyişiklik olmadığını da vurğulayıb: “Tələbələrə mühazirələr deyirəm. Öz peşəmlə məşğulam”.
Y.Məmmədov 1992-ci ildə eks-prezident Ayaz Mütəllibov hakimiyyətdən istefa verəndən sonra onun vəzifələrini müvəqqəti icra edib. Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələnədək keçmiş Ali Sovetin sədri vəzifəsində çalışıb.
Modern.az