Modern.az

Kəmaləddin Heydərov İmişlidə yaşayan fransız qadının müraciətinə cavab verdi

Kəmaləddin Heydərov İmişlidə yaşayan fransız qadının müraciətinə cavab verdi

کشور

5 Oktyabr 2011, 14:53

Sarkozinin Bakıya gözlənilən səfəri “sel qaçqını” üçün düşərli oldu

Bir neçə ay öncə İmişli rayonunun Murquzallı kəndində yaşayan və əslən Fransadan olan İvonna Botto Jan  “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək 2010- cu ilin yazında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin tikilməsi və doğma vətəninə getmək arzusunu özündə ehtiva edən məktubun ölkə Prezidenti İlham Əliyev və fövqaladə hallar naziri Kəmaləddin Heydərova çatdırılmasını xahiş etmişdi.

1941- 45- ci illər Böyük Vətən müharibəsindən sonra Azərbaycanlı cəsur partizan Səmməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana pənah gətirmiş 83 yaşlı fransız xanımın məktubunu aidiyyatı orqanlara çatdırılıb. Bununla problemi ictimailəşdirən “Kür” Qərargahının addımından sonra İvonna xanımın ailə həyatı, keçdiyi ömür yolu təkcə yerli qəzet və televiziyaların deyil, beynəlxalq mətbuatın da diqqət mərkəzində olub. İmişli rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar nazirliyinin məsul şəxsləri onunla görüşərək problemi ilə maraqlanıb və həllinə köməklik edəcəklərini söz veriblər.
Bu barədə Modern.az saytına Kür” Vətəndaş Cəmiyyəti Qərargahından bildirilib.

İvonna xanımın övladlarının “Kür” Qərargahına verdiyi məlumata görə, aidiyyatı qurumlar onların müraciətinə müsbət reaksiya verərək qəzalı evinin tikintisinə başlayıblar. İmişli rayonunun Murquzallı kəndinə səfər edən "Kür" Qərargahın üzvləri tikintinin gedişi ilə tanış olublar. Tikinti Fövqaladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

Bu şad xəbərə başqa bir şad xəbər də əlavə olunub. Fransız xanımın 60 il qəlbində gəzdirdiyi arzu reallaşmaq üzrədir. Onun yaxın günlərdə Fransaya aparılacağı gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə Fransanın dövlət televiziyasının əməkdaşları da İmişli rayonunun Murquzallı kəndinə səfər edərək İvonna xanımdan müsahibə alıblar. TV jurnaslitlərinin Fransaya səfər zamanı onu müşayət edəcəkləri gözlənilir. 

Bu hadisənin Fransa prezidentinin 7 oktyabrda Bakı səfəri ilə əlaqəli olub- olmamasından asılı olmayaraq diqqət və maraq çəkdiyi qədər də təqdirəlayiq haldır.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı