Modern.az

Bakıda orta məktəb birdəfəlik bağlandı

Bakıda orta məktəb birdəfəlik bağlandı

Ölkə

8 Oktyabr 2012, 08:31


Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəb bu gündən fəaliyyətini dayandırıb.

Bu barədə Modern.az-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Belə ki, dünən bu şagirdlərin valideyinləri məktəbə dəvət olunub. Rəhbərlik tərəfindən onlara bildirilib ki, məktəb binasının altından irihəcmli neft və qaz borusu keçir.

Uşaqlara isə ötən həftənin 5-ci günündən xəbərdarlıq olunub ki, bu gündən (8 oktyabrdan) məktəb şagirdlərin üzünə bağlı olacaq.

Məsələ ilə bağlı məktəb direktoru Esmira Muradova valideynləri dəvət edərək böyük iclas keçirib.

İclasda direktor valideynlərə məktəbin təmir olunacağı, yaxud da sökülüb başqa yerdə tikiləcəyini deyib. 

Qeyd edək ki, artıq bu məktəbdə təhsil alan şagirdlər Sabunçu rayonundakı digər məktəblərə köçürülüblər.

Xatırladaq ki, analoji hal bu ilin fevral ayında da baş vermişdi, o zaman hadisə yerinə Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, o cümlədən müvafiq dövlət qurumlıarının əməkdaşları gəlmişdirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı