Modern.az

Elşad Abdullayev Rəsul Quliyevin partiyasına keçmək üçün danışıqlar aparır

Elşad Abdullayev Rəsul Quliyevin partiyasına keçmək üçün danışıqlar aparır

Ölkə

12 Oktyabr 2012, 16:06

Eks-rektor Azərbaycanı silkələyən qalmaqalın siyasi təsirlərinin qarşısını almaq üçün bu planı gerçəkləşdirmək istəyir 

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkənin müxalifət partiyalarının birinə üzv yazılmaq üçün danışıqlar aparır. Bu barədə Modern.az-a məlumat verən mənbə bildirib ki, eks-rektor özü ilə bağlı Azərbaycanı silkələyən qalmaqalın siyasi təsirlərinin qarşısını almaq üçün bu planı gerçəkləşdirmək istəyir. 

Məlumata görə, E.Abdullayev ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin lider olduğu Açıq Cəmiyyət Partiyasına daxil olmaq barədə ilkin məsləhətləşmələr aparıb. Mənbə hesab edir ki, E.Abdullayevin yeni siyasi “siması” daha çox Avropanın beynəlxalq dairələrinin diqqətini cəlb etməyə hesablanıb.  

Bu gözlənilməz informasiyanı araşdırmaq üçün Modern.az ACP-nin sədri Sülhəddin Əkbərlə əlaqə saxlayıb. Məlumatı ilk dəfə eşitdiyini deyən S.Əkbər bununla bağlı xəbərə malik olmadığını bildirib. “Məndə bu haqda heç bir məlumat yoxdur. Elşad Abdullayevin ACP-yə keçmək istəməsi haqda xəbəri ilk dəfə sizdən eşirdirəm”, - deyə S.Əkbər  vurğulayıb.

“Elşad Abdullayevin partiyanıza üzvlüyü üçün müraciəti olarsa, onu sıralarınıza qəbul edəcəksinizmi” sualına ACP sədrinin cavabı belə olub:
“Kimliyindən aslı olmayaraq Açıq Cəmiyyət Partiyasına üzv olmaq üçün bizə müraciət edilərsə, bu haqda öncə müzakirələr aparıb, sonra qərar veririk. Hazırda isə bu haqda heç nə deyə bilmərəm”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı