Modern.az

Elçilik əhvalatı

Elçilik əhvalatı

Ölkə

23 Oktyabr 2012, 19:47

Bir neçə gün öncə Türkiyə telekanallarında baxdığım bir süjetdən sonra əmin oldum ki, bizim xanımların böyük əksəriyyətinə “Türk qızı Türk” demək hələ çox tezdir. Ən azı o baxımdan ki, Türk qızları tarixən ərlərinə lazım gələndə yoldaş, lazım gələndə sirdaş, bəzən isə silahdaş olublar. Əlbəttə, istisnalar da öz yerində. Amma ittihamvari tezislərə keçməzdən öncə məni bu qənaətə gətirən həmin material barədə bir neçə kəlmə.

Türk xəbər saytlarının və televiziya kanallarının ”Damatsız düyün” başlığıyla təqdim elədiyi toy bəysiz keçirilirdi. Türkiyə Silahlı Qüvvələrinin zabiti olan bu igid ölkəsini Hakkari bölgəsində xidmət elədiyindən öz toyunda iştirak eləmirdi. Təsəvvür edirsiniz?

Bizim əsgərlikdən bir neçə günlük aradan çıxıb hansısa qohumun toyunda iştirak elədiyimiz halda bu igid Vətəninə xidmət eləməyi daha üstün bilir.

Xanım da durumundan çox razıdır. Həyat yoldaşının öz toy günündə belə, Vətəninə xidmət etməsiylə öyünür. Çox sevinclidir...

İndi isə qısaca bir elçilik səhnəsi təsəvvür edək.

- Oğlunuz hansı peşənin sahibidir?

- Hərbçidir, sərhəd bölgəsində qulluq edir.

- Yox, biz qızımızı ora verə bilmərik, yol uzaqdır, şəraitsizlik...

Yəqin ki çox az adam bu səhnəylə qarşılaşmayıb. Elə təkcə valideynlər yox, qızlarımız da şəhərdəki “şampunçiklər”ə meyllidirlər. Amma nə qədər ki, gənc xanımların beynindəki ideal kişi obrazı Zaur Baxşəliyev, Tolik, ən yaxşı halda isə Namiq Qaraçuxurlu olacaq... Hər şey aydındır.

Atalar deyir ki, nər budlu arvad al ki, nər budlu oğul doğsun...

Son illərdə evlilik məsələsində diqqətimi çəkən başqa məqam bilirsiniz nədir? Lap elə hansısa ucqar bir kəndə elçiliyə gedirsən, ilk sual belə olur:

- Oğlanın Bakıda evi var?

Adama deməzlərmi ki, bədbəxt uşağı bədbəxt, bu oğlanın Bakıda evi, eşiyi, imkanı olsaydı neyniyirdi səni? Elə bil Bakıda “kvartirant”qalmağa yer axtarır. O mənada yox ki, kənd qızı mütləq şərasitsizlikdə yaşamalıdır. O mənada ki, axı bundan daha vacib məqamlar soruşulmalıdır. Lap tutaq ki, Bakıda evi var, elə bəlkə avaranın biridir.

P.S . Bəlkə mənim bu fikirləri yazmağa nə yaşım, nə də təcrübəm çatır. Amma ən azından bilirəm ki, Türkiyədəki həmin hadisə təbliğat baxımından onlarla vətənpərvərlik filmlərinin effektini verdi. Allah xoşbəxt eləsin!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı