Modern.az

Rəsul Quliyev: “Rusiya səfiri ilə görüşmək qəbahət deyil” - EKSKLÜZİV

Rəsul Quliyev: “Rusiya səfiri ilə görüşmək qəbahət deyil”  - EKSKLÜZİV

کشور

10 Avqust 2013, 18:18

Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü haqda "Kievskaya Xronika" qəzetinin yaydığı senasion məlumata reaksiya verib. Modern.az saytına eksklüziv açıqlamasında eks-spiker belə bir görüş keçirmədiyini deyib.

R.Quliyev hesab edir ki, Rusiya liderləri ilə görüşmək qəbahət deyil, əksinə zəruridir:

“Rusiya Federasiyasının səfiri və ya liderləri ilə  görüşməkdə heç bir qəbahət yoxdur, əksinə zəruridir. Azərbaycandan demək olar ki, 20 dəfə çox əhalisi, büdcəsi, istehsalı olan və ən böyük sərhədə malik ölkəni iqnor etmək üçün gərək tamamlanmış əbləh olasan. Ancaq təəssüf ki, yazı yalandır və səfir Kislyakovla və başqaları ilə bu yaxınlarda görüşməmişəm və Lavrova da heç bir məktub yazmamışam. Əgər görüşsəydim heç vaxt “məni müdafiə edin və mən də sizin üçün bu işləri görəcəyəm” kimi alçaldıcı təkliflər heç vaxt etməzdim. Yeganə totalitar rejimi dəstəkləməyin perspektivası yoxdur,  Rusiyanın dostu ancaq demokratik yolla seçilmişlər ola bilər. Azərbaycan xalqının yanında olun deyərdim”-deyə açıqlama verib.

Qeyd edək ki, Ukraynanın "Kievskaya Xronika" qəzetinin  "Radio Svoboda"ya ("Azadlıq" radiosu) istinadən verdiyi məlumata görə, Milli Məclisin sabiq sədri  Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb.  Yayılan məlumatda bildirilib ki, səfirlə görüşündə Rəsul Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı