Modern.az

”Sevgililər günü qətliamı”

”Sevgililər günü qətliamı”

Ölkə

13 Fevral 2014, 22:19

Yenə 14 fevral və yenə sevgililər günü mübahisəsi. Bu gün qeyd edilsinmi edilməsinmi? Əslində bu insanların şəxsi düşüncələri ilə bağlıdır. Kim istəyər qeyd edər, kim istəməz qeyd etməz. Mənim üçün sevgililər günü elə “8 mart” və digər buna bənzər günlər kimi kimi ticarət  bayramıdır. Çünkü bu gündə dünyada 1 milyondan çox sevgi kartı alınır. Təbii ki, kart işin rəsmi tərəfidir. Güllər, bahalı hədiyyələr dükanlarında kişiləri gözləyir. Nədənsə qadınlar bu günlərdə məhz onların təbrik edilməsini gözləyir. Təbii ki, kişilərə də simvolik hədiyyələr alınır. İşin açığı mən bu gün özümə bir sual verdim? Sevgililər gününü qeyd edəkmi? Və cavabında dəyərli oxucumla bölüşürəm.

İşin Valentinə qədər uzanan nöqtəsini kənara qoyaq. Bir sevgili üçün nə anlama gəlir bu gün? Məncə düşünülməli sualdı. Həyatımınızdakı insanı bütün günlər ihmal edib sevgililər günündə abartılı bir şəkildə sevgi göstərisi sərgiləyirsə, bunun səmimi olduğuna niyə inanamaq istəyirsiniz, açıqçası çox maraqlıdır.

Hədiyyələr, gözəl sözlər və fərqli bir gün... Düzdü, bunlar gözəldi və bizləri xoşbəxt edir. Amma niyə məhz bir gün? Sevgiliniz bir gün sizin üçün bunları edir və ertəsi günü yenə normal həyatına dönürsə, burda acı bir həqiqət var. Səmimiyətsizlik! Mənə şəxsən 365 günün bir günündə sevgi lazım deyil. Hədiyyə vermək üçün bəhanə də aramaga gərək yoxdu. Sevirsənsə, hər gün özəldir və hər gün sevdiyinə hədiyyə ala bilərsən.  

Amma demirəm ki, niyə bu günü qeyd edirsiniz? Çünkü arxasında Valentinin nə etdiyi olmasına baxmayaraq, sevgi ilə bağlanan hər şey gözəldi. Bu ayrı bir məsələ. Təbii indi, Azərbaycanda bu gündə ikiyə bölünüb. İlham və Fərizənın və Valentinin günü. Mənim üçün Valentin günü ilə Şəhid İlhamın və ona görə bətnindəki körpəsi ilə bərabər intihar etmiş Fərizənin günü eynidir. Çünki Fərizə həyat yoldaşını ölümünə sevən qadın olsa da, körpəsinə sevgi verə bilməyən anadır. Ona görə də, mən İlhamı şəhidliyi qarşısında baş əyir, Fərizəyə Allahdan rəhmət diləyirəm.

Nə isə...

İndi də dönək sevgililər gününü başqa bir boyutuna. İndi bütün çiçəkçilər, qızıl satanlar, hədiyyə mağazaları ayaqda sevgilisinə hədiyyə alan kişiləri gözləyir. Amma bilirsinzmi bu il qadın cinayətləri yüzdə min dörd yüz çoxalıb? Bilirsinizmi sevgililər günüdə dörd gözlə hədiyyə gözləyən, amma xəstəxanalrda qız olacağı üçün abort üçün sırada duran qadınların sayı çoxalıb? Zorlandığına və başqa səbəblərdən intihar edən qadınlardan xəbəriniz varmı? Durum belə olduğu halda ticarətçilər dükanalrının qapısı ağzında təcavüzçüləri, qadın döyən və  sevgisiz dünyanı yönləndirən kişiləri gözləyir... O kişilər tərəfindən əzilən qadınlar da yalnız bir gün sevgi göstərisinə aldanacaq. Biz sevgisiz həyatımızın bir günü özümüzü aldatmaqla məşguluq...

Təbii ki, sevgililər günündə bu qədər sevgisizlikdən danışmaq olmaz. Nəzərə alsaq ki, bu günün bəzi insanlar üçün önəmi böyükdür. Bundan başqa, doğurdan da sevgisini il boyu yaşayan insanlar da var. İndi bu soyuq fevral ayında isti sevgi sözlərini alıb, onunla xoşbəxt olan biriləri varsa, o zaman mənim yazdıqlarım sadəcə hekayədi, siz sevginizlə isinin. Boş  verin sevgililər gününün hardan gəlməsinə. Təki sevgi günü qeyd edilsin... Amma kaşki sevgilillər günü elə adı kimi saf ola... Bəzən sevgililər günü deyil, “sevgililər günü qətliamı” yaşayırıq.

Nə isə.

Bu günü qeyd edənlər  sevgi ilə qalın... Sevgilinizi hədiyyə ilə deyil, quru sözlə sizi təbrik etdiyi üçün “qətl” etməyin. Sizi sevirəm...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı