Modern.az

Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza barədə RƏSMİ MƏLUMAT

Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza barədə RƏSMİ MƏLUMAT

Ölkə

15 Mart 2014, 12:14


Modern.az
-ın xəbərinə görə, Daxili İşlər Nazirliyi xalq artisti, tanınmış tarzən Ağasəlim Abdullayevin ailəsinin düşdüyü yol qəza ilə bağlı məlumat yayıb.
Rəsmi məlumata görə, martın 15-də saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə V.Abdullayevin maşınında olan azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb.
Maşında olan xalq aristi Ağasəlim Abdullayev və gəlini Səadət Abdullayeva xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Araşdırmalar zamanı müəyyən olub ki, A.Abdullayevin ailəsinin olduğu maşını vuran “Mercedes Galenvagen G55 AMG” markalı, 90 FE 007 nömrə nişanlı avtomobilin sürücüsü 1976-cı il təvəllüdlü Xalid Mübariz oğlu Mədətovdur. Qəzanı törədən “Mercedes”in sürücüsü Xalid Mədətovun sərxoş olduğu bildirilir.
Musavat.com-un araşdırmasına görə, Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi Mübariz Mədətovun oğludur. M.Mədətovun ləğv edilmiş Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağı olduğu bildfirilir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı