Modern.az

Bakıda Milli Qəhrəmanın adını məktəbdən götürdülər: Anası ETİRAZ etdi

Bakıda Milli Qəhrəmanın adını məktəbdən götürdülər: Anası ETİRAZ etdi

کشور

27 Avqust 2014, 16:03

Milli Qəhrəman Tahir Həsənovun ailəsi Modern.az-a oğlunun adını daşıyan məktəblə bağlı məsələni ictimailşdirməyi xahiş edib. Milli Qəhrəmanın anası Qalibə xanım baş verənlərlə bağlı deyib:

“Bakının 28 may küçəsində, “Nizami” kinoteatrına çatmamış 23 saylı məktəb vardı. 2 il bundan qabaq həmin məktəbi təmir üçün bağladılar. Təmir artıq başa çatıb, 2 gün bundan qabaq gedib gördüm ki, məktəbə oğlumun adını verməyiblər. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə həmin məktəbə oğlumun adı verilib. 1994-cü ilin  sentyabrın 3-də orada büstünü də açdılar. O büstü məşhur heykəltəraş Ömər Eldarov düzəltmişdi. Həmin büstün açılışında mərhum prezident Heydər Əliyev də iştirak edib. İndi isə büstü harasa atıblar.

Bunu kimin etdiyini soruşdum. Məktəbdə bunu edənin kim olduğunu  bilmirlər. Bəlkə də büstü ya oğurlayıblar, ya da harasa atıblar. Məktəbin direktorundan da oğlumun adının götürülməsinin səbəbini soruşdum. O da “xəbərim yoxdur, göstəriş belə olub. Mənə nə deyiblər onu da etmişəm”, - deyir. Çox xahiş edirəm, müvafiq qurumlardan, bu məsələni diqqətsiz qoymasınlar”,-deyə Qalibə xanım bildirib.

Qeyd edək ki, “Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov da bu məsələnin çox vacib bir problem olduğunu ictimailəşdirib. 

O, yüksək vəzifə sahiblərinə üzünü tutaraq prezident İlham Əliyevin bir neçə gün öncə müharibə veteranlarına  və şəhid ailələrinə hansı davranışın sərgilənməli olduğu ilə bağlı məmurlara sərt şəkildə təpindiyini xatırladıb.    

Namidə BİNGÖL  


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı