
“Transparency International” Beynəlxalq Korrupsiya Əleyhinə Şəbəkənin Azərbaycan üzrə nümayəndəliyi olan “Şəffalıq-Azərbaycan” təşkilatının beş regional mərkəzinə 2005-ci ildən indiyə qədər ölkədə korrupsiya ilə bağlı 23 minə yaxın vətəndaş müraciət edib. Bu barədə “Şəffaflıq-Azərbaycan” Təşkilatının nümayəndəsi Samir Əlibəyov Modern.az-a məlumat verib. O, deyib ki, bu, müraciətlərin sayı barədə maksimum rəqəm deyil.
“Transparency International” özünün növbəti hesabatını sentyabrda açıqlayacaq. Təşkilatdan verilən məlumata görə, Azərbaycanda korrupsiya indeksinə görə 2009-cu ildə dünyanın 180 ölkənin sırasında 143-cü yeri tutub.
Mail Ağaxanov