Modern.az

Deputat: “Bizdə isanlar ən çox ürək qan-damar və nevroloji xətəliklərdən əziyyət çəkirlər”

Deputat: “Bizdə isanlar ən çox ürək qan-damar və nevroloji xətəliklərdən əziyyət çəkirlər”

Ölkə

30 Avqust 2010, 17:05

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, ixtisasca həkim İlham Məmmədov Modern.az saytına bildirib ki, bu barədə statistikası olmasa da, şəxsi müşahidələrinə görə fikir yürüdə bilər: “Bəzən deyirlər ki, bizdə ən çox yayılan xəstəlik tənəffüs yolu orqanlarının xəstəliyidir. Ancaq mən bunu düzgün hesab etmirəm. Birinci ona görə ki, bu xəstəlik əleyhinə güclü proflaktika var. Fikrimcə, ən çox yayılan və cavanlaşan ürək qan-damar və nevroloji xəstəlikləridir. Sizə bir məsələni deyim. Əgər illər öncə qadınlarda infarkt riski 60 və daha yuxarı yaşlarda olurdusa, indi bu yaş həddi 30-a düşüb. Bu, çox pis göstəricidir”.

Həkim deputat bu xəstəliklərin çoxalması səbəblərindən də danışıb: “Yaşadığımız zamanın içində çox dəhşətli təbiət hadisələri, insanların törətdikləri fikrəgəlməz olaylar bunu seyr edən adamlara ciddi təsir göstərir. Bir sözlə, insanlar o qədər belə informasiya alırlar ki, ona tab gətirə bilmirlər. Bu da nəticə etibarilə belə fəsadlara gətirib çıxarır”.

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı