Modern.az

İbad Hüseynovu təkcə Melkonyanın ölümünə görə qəhrəman hesab etmirəm

İbad Hüseynovu təkcə Melkonyanın ölümünə görə qəhrəman hesab etmirəm

Ölkə

3 Aprel 2015, 23:43

Mən İbad Hüseynov barəsində çox araşdırmalar apardım. Onun keçmiş döyüş yoldaşlarından, komandirlərindən hətta elə faktlar aşkar etdim ki, İbad özü belə, o qəhrəmanlıqlarını xatırlaya bimir.

Hərbçilər yaxşı bilir ki, o, torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdə kəllə-beyin zədəsi də alıb. Vətənin belə igid oğullarının qiymətini bilməli, dəyərləndirməli və gənc nəslə bu qəhrəmanlıqları tədris və təlim proqramları əsasında, eləcə də mətbuat vasitələriylə aşılamalıyıq.

İbad Hüseynovun beş uğurlu kəşfiyyat əməliyyatından bir roman yazdım. Təbii ki, bu romana başlamazdan əvvəl qəhrəman haqda bir çox arasdırmalar apardım, məlumatlar topladım, onun silahdaşlarının bəziləri ilə söhbət apardım. Doğrusunu deyim ki, onu tanıyan və ya haqqında sadəcə məlumatı olan hər kəsdən fərqli olaraq, mən onu tək elə Monte Melkonyan Avonun ölümünə görə qəhrəman hesab etmirəm.

İbadın qəhrəmanlığı tək bircə bu faktla məhdudlaşa bilməz. Fikrimcə, onun ən böyük hünəri Xankənddə yerləşən 366-cı motoatıcı alayın ermənilərə miras qalan zirehli döyüş texnikasını darmadağın etməsi və bununla da İKİNCİ XOCALI HADİSƏSİnin qarşısını almasıdır.


Mən İbad Hüseynovun qəhramanlığını onun, on yüksək rütbəli zabiti ilə Martuni rayonu başçısının gizləndiyi qərargahı yerlə-yeksan etməsində, kəşfiyyatçı həmkarlarıyla birlikdə, itki vermədən Pola təpəsindəki yüksəkliyi almasında, Muğanlının başının üstünə atılan snayper güllələrindən təmizləməsində, Xocavəndin işğal olunmuş ərazilərini 15 kilometrə qədər azad etməsində görürəm.

Yeri gəlmişkən, qeyd edim ki, bu gün əsgərlərimizin həmin gözətçı məntəqələrindəki xidməti, məhz İbad Hüseynovun sayəsindədir. Beyləqan-Ağcabədi yolunun Xocavəndə çıxışı da onun birbaşa xidməti ilə mümkün olub. Beləliklə, Monte Melkonyan Avonun öldürülməsi də daxil olmaqla bu beş uğurlu və son dərəcə vacib əməliyyatlarla bağlı toplanmış faktlar əsasında geniş yazımı yaxın günlərdə oxuculara təqdim edəcəyəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı