Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən A.T. Abbasov adına şəhər Onkoloji Dispanserin bağlanmasının ardınca paytaxda daha 3 xəstəxananın qapadılacağı gözlənilir. Bu barədə Modern.az saytına məlumat Səhiyyə Nazirliyindən daxil olub.
Məlumatda bildirilib ki, yaxın iki il ərzində 2 və 5 saylı kliniki xəstəxanaların, eyni zamanda 1 saylı Vərəm Dispanserinin bağlanması nəzərdə tutulur.
Qeyd edək ki, Onkoloji Dispanserin bağlanacağı ilə bağlı ilk xəbəri də öncə Modern.az saytı yaymışdı. O zaman Səhiyyə Nazirliyinin rəsmiləri informasiyanı təsdiq etməmişdilər. Lakin sonradan saytımızın xəbəri doğru çıxdı.
Modern.az