Modern.az

Müdafiə Nazirliyi Bəxtiyar Hacıyevin əsgərlik məsələsinə münasibət bildirdi

Müdafiə Nazirliyi Bəxtiyar Hacıyevin əsgərlik məsələsinə münasibət bildirdi

Ölkə

19 Noyabr 2010, 15:03

Deputatlığa keşmiş namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ilə əlaqadar axtarışda olub. Modern.az-a daxil olan məlumata görə, onun Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanması bununla bağlıdır.

Əməkdaşımız məsələni dəqiqləşdirmək, Bəxtiyar Hacıyevin hərbi xidmətdə olub-olmadığını, axtarışa verilib-verilmədiyini öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin  mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib ki, o, bu barədə elə bir bilgiyə malik deyil.

Bəxtiyar Hacıyevin hərbi xidmətə göndəriləcəyi məsələsinə gəlincə, nazirlik sözçüsü  deyib ki, kiminsə hərbi xidmətə aparılmasında qeyri-adi heç nə yoxdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı