Modern.az

"Ekologiya ili"ndə hansı rayon və şəhər daha çox ağac əkib?

"Ekologiya ili"ndə hansı rayon və şəhər daha çox ağac əkib?

Ölkə

22 Dekabr 2010, 12:18

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakı və ətrafında 3 milyon ağacın əkilməsi ilə bağlı verdiyi tapşırığa əsasən  2009-cu ildən başlayaraq  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən genişmiqyaslı təbdirlər həyata keçirilib. Naziliyin mətbuat xidmətindən verilən məlumata görə, 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində Bakı və onun ətraf ərazilərində 1 005 000 ədəd ağac və kol bitkisi əkilib.

Ümumilikdə, 2009-cu ilin payız mövsümündən bü günədək paytaxt və ətrafında 1 839 174 ədəd ağac və kol bitkisi əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib.

Rayonlarda isə Astara, Balakən, Beyləqan, Bərdə, Qazax, Qax, Quba, Qusar, Qəbələ, Cəlilabad, Zərdab, Yardımlı, Yevlax, Lerik, Lənkəran, Masallı, Oğuz, Tovuz, Göy-göl, Şabran, Şamaxı, Şəki, Şəmkir, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisələri və Giləzi Regional Meşəsalma Müəssisəsi 2010-cu ilin payız əkin mövsümünün proqnozunu artıqlaması ilə yerinə yetirərək, ümumilikdə 1444,3 hektar sahədə 3 472 590 ədəd müxtəlif növ ağac əkib.

2010-cu ilin payız əkin mövsümü başlayandan bu günədək Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən 4 843 710 ədəd müxtəlif növ ağac əkilib.

Respublika ərazisində isə bu həftə ərzində 152,22 hektar sahədə 357 850 ədəd ağac və kol bitkisi əkilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı