Ukraynada prezident seçkiləri kampaniyası avtomatik olaraq fevralın 25-də başlayacaq. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası iclas keçirərək müvafiq açıqlama verməyə borcludur. Amma MSK-nın mətbuat katibinin fikrincə, hüquqi nöqteyi-nəzərdən bu qurumun iclasının keçiriulməsinə ehtiyac yoxdur. Bu, artıq Ali Radanın qəbul etdiyi qərarla tənzimlənir və seçki prosesi artıq sabahdan başlayır”.
Qeyd edək ki, Ali Radanın deputatları fevralın 22-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda qərar qəbul ediblər.
Modern.az