Modern.az

Hacı Mirəziz Seyidzadə səhhətindən danışdı: “Huşum özümdədir”

Hacı Mirəziz Seyidzadə səhhətindən danışdı: “Huşum özümdədir”

Образование

5 Mart 2014, 13:07

Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, tanınmış din və ictimai xadimi Hacı Mirəziz Seyidzadə martın 3-də gecə saatlarında beyin-qan dövranının pozulması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Modern.az danışan M.Seyidzadə bildirib ki, vəziyyəti orta-ağır olsa da, indi özünü daha yaxşı hiss edir.

“Məni ziyarət edənlərlə ünsiyyətə girə bilirəm. Allaha şükürlər olsun ki, huşum özümdədir, heç bir aparata qoşulmamışam, hazırda həkimlərin nəzarəti altında müalicəmi davam etdirirəm. Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam, hörmətli Şeyx həzrətlərinə təşəkkür edirəm, səhhətimlə maraqlanıb, lazımı köməkliyini göstərib. Baş həkim Tərlan Bəbirov başda olmaqla tibbi personala, bütün dostlara, qayğıkeş tələbələrimə və xüsusən də diqqətlərinə görə mətbuata təşəkkürümü bildirirəm”.

 

Gültəkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı