Modern.az

Separatçılar Krımın müstəqilliyini elan etdi

Separatçılar Krımın müstəqilliyini elan etdi

Təhsil

17 Mart 2014, 13:15

Krım parlamenti yarımadanın müstəqil dövlət olduğunu elan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, müstəqilliyin elan olunması haqda bəyannamə Krım Ali Sovetində Rusiyaya birləşməklə bağlı martın 16-da keçirilən referendumdan əvvəl müzakirəyə çıxarılıb. Sonradan həmin sənədə əsasən Krımın Rusiyaya federasiyanın subyekti kimi birləşməsi ilə bağlı rəsmi müraciət olunub.

Məlumatda qeyd edilir ki, bu gün günortadan sonra Krım parlamentinin nümayəndə heyəti Moskvaya yollanmaq niyyətindədir. Krımın baş naziri Sergey Akyonov deyib ki, səfərin məqsədi bundan sonrakı prosedurlarla bağlıdır.

 

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı