Modern.az

İlham Əliyev Gürcüstana gedir

İlham Əliyev Gürcüstana gedir

Təhsil

2 May 2014, 15:40


Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək. Səfər may ayında baş tutacaq

Verilən məlumata görə, 6 may tarixində Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək. 

Həmçinin bu tarixdə, türk və gürcü iş adamlarının iştirakı ilə İşgüzar Forumun da keçirilməsi nəzərdə tutulur. 

Zirvə toplantısında gündəlik və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı