Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman proqnozlaşdırılır. Cənub-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 25-28, gündüz 35-40 dərəcə isti olacaq. Avqustun 30-da havanın temperaturu 5-8 dərəcə enəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq, şərq küləyi arada güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.