Prezident İlham Əliyevin 17 oktyabrda imzaladığı əfv sərəncamının icrası bu gün başa çatıb.
Modern.az xəbər verir ki, məhbuslar 2, 4, 6, 7, 10, 13, 14 saylı cəza çəkmə müəssisələri və 3 saylı İstintaq Təcridxanalarından azadlığa buraxılıblar.Qeyd edək ki, sərəncam ümumilikdə 84 nəfərə şamil olunub.
Modern.az