Modern.az

“Dalğa” yenidən dalğalanacaq: Hərəkatın sədri gələcək planlarından DANIŞDI

“Dalğa” yenidən dalğalanacaq: Hərəkatın sədri gələcək planlarından DANIŞDI

Təhsil

3 Noyabr 2014, 13:50


“Dalğa” Gənclər Hərəkatının fəaliyyəti tədris ili müddətində daha aktiv olur. Yayda tələbələrin çoxu istirahətə getdiyindən fəaliyyətimizdə durğunluq yaşanır”.

Bunu Modern.az saytına “Dalğa” Gənclər Hərəkatının sədri Hacı Zeynallı rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin sönük olmasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, təşkilatın fəaliyyətində passivlik olsa da, gələcəkdə aradan qalxacaq.

Hacı Zeynallı “Dalğa”nın planlarından, layihələrindən də danışıb: “Ağalar Məmmədovun müəllifi olduğu “Aşma” kitabının ikinci nəşrini dərc etməyi planlaşdırırıq. Bundan əlavə, tərcümə etdiyimiz bir sıra kitablar var. Düşünürəm ki, bu cür layihələr Azərbaycan cəmiyyəti üçün mühümdür”.  

“Dalğa” sədri ofissiz olmalarını da fəaliyyətə yaranan maneə kimi dəyərləndirib. Hacı Zeynallı hərəkatı kimlərinsə maliyyələşdirildiyi barədə iddialara da cavab verib: “Bu təşkilat könüllük prinsipi əsasında qurulub. Bizə heç bir maliyyə yardımı olmayıb. Yalnız müəyyən layihələr hesabına kiçik qrantlar almışıq. Deyirdilər ki, guya bizi deputat Asim Mollazadə maliyyələşdirir. Kiminsə bizi maliyyələşdirməsi ilə bağlı deyilənlər gülünc iddialardır. Maliyyə problemlərimiz layihələrimizin az olması ilə bağlıdır”.

Hacı Zeynallı tədbirlərini keçirmək üçün partiyalara müraciət edəcəklərini də deyib: “Far Sentr” bağlanandan sonra tədbirlərimizi parklarda keçirdik. Hazırda ofis icarəyə götürmək istiqamətində planımız yoxdur. Amma tədbirlər üçün partiyaların qərargahlarından istifadə etməyi düşünürük”.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı