Modern.az

Ərdoğan Atatürkü təriflədi

Ərdoğan Atatürkü təriflədi

Education

10 Noyabr 2014, 11:44

Bu gün Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal  Atatürkün vəfatından 76 il ötür.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində Atatürkün anım mərasimləri keçirilir. Türkiyə Respublikasının qurucusu  Mustafa Kamal Atatürk, əbədiyyətə qovuşmasının 76-cı ildönümü Anıtqəbirdə təşkil edilən dövlət mərasimiylə xatırlanıb. Prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və CHP başqanı Kamal Kılıçdaroğlu Anıtqəbirdəki mərasimdə iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin, Qazi Mustafa Kamalın başçılığı ilə demokratik hədəflər yolunda əhəmiyyətli məsafələr qət etdiyini deyib: “Respublikamızın banisi, Qazi Mustafa Kamalın hörmət və şükranla anıram.

O, millətimizi müştərək bir ideal ətrafında birləşdirərək Türkiyənin müstəqilliyinin əsasını qoyub. Milli iradənin, millət suverenliyinin hər şərt altında qorunması və müdafiə olunması  onun əsas ideyası olmuşdur”.

Ölkə başçısı “Respublikanın 91-ci il dönümünü iftixarla qeyd edən Türkiyə sabitlik və suverenlik içində güclənməyə və böyüməyə, demokratiyanın standartlarını hər keçən gün yüksəltməyə davam edir “, deyə vurğulayıb.    

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı