Cəbhə xəttində ötən gün Ermənistan ordusunun Azərbaycan hava məkanını pozan helikopterinin vurulmasından sonra ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha bir açıqlama verib.
Modern.az saytının məlumatına görə amerikalı həmsədr özünün twitter səhifəsində bu haqda belə yazıb:
“Dağlıq Qarabağ münaqişənin genişlənməsi heç kimin marağında deyil. Tərəflər bir seçim olaraq müharibədən imtina etməlidir”,-deyə Ceyms Uorlik bildirib.
Modern.az