Dekabrın 16-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin meşə zolağında kənd sakini Məhəmmədəli Abdullayev ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə özünə xəsarət yetirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,
Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Məhəmmədəli Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. M.Abdullayev xəstəxanaya yerləşdirilib.