Moskvadakı müvəqqəti saxlanma mərkəzində şəraitdən narazı olan 8 əcnəbi mühacir venalarını doğrayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xəsarətlər ciddi olmayıb və onlara hadisə yerində yardım edilib. Venalarını doğrayanlar Ermənistan, Gürcüstan, Tacikistan və Ukrayna vətəndaşlarıdır.
Onlar dövlət sərhədini pozduqlarına görə təcridxanaya salınıblar.
Modern.az