
O, qeyd edib: "Biz sülhün bərqərar edilməsini və birbaşa danışıqların aparılmasını istəyirik. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıblar və mən Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə heç bir tərəfə fayda verməyən qan tökülməsinə son qoyulmasının zəruriliyini bildirmişəm. Fikrimcə, bu səfər çərçivəsində hər iki paytaxtda tərəqqi əldə edilib və yaxın günlərdə təmas xəttində hərbçilər və onların ailələri naminə sülh bərqərar ediləcək".
Dövlət Departamentinin nümayəndəsi, həmçinin Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.(Trend)