Modern.az

“Deputatlığa namizədliyim hakim partiyadan asılıdır” - Zahid Oruc

“Deputatlığa namizədliyim hakim partiyadan asılıdır” - Zahid Oruc

Təhsil

10 Mart 2015, 14:50

Zahid Oruc 2005-ci və 2010-cu ildə keçmiş sədr müavini olduğu Ana Vətən Partiyasından deputatlığa namizədliyini irəli sürüb. Lakin 2013-cü ilin prezident seçkilərində iştirak etdiyinə görə Zahi Oruc adıçəkilən partiyadan çıxarılıb. Maraqlıdır, o 2015-ci ildə hansı formada deputatlığa namizədliyini verəcək?

Bu barədə Modern.az-a danışan Zahid Oruc öncədən hansısa fikri söyləməyin doğru olmadığını bildirib: “Bəribaşdan müstəqil, yaxud YAP-ın siyahısından parlament seçkilərinə qatılacağımı  söyləmək çətindir. Eyni zamanda, digər partiyalardan da parlament seçkilərinə qatılmağımla bağlı təkliflər olub. Konkret olaraq, yekun fikir söylənilməyib”.

Zahid Oruc əlavə edib ki, hər şey ona olan etimaddan asılıdır: “Partiya üzvü olduğum dövrdə  şərti olaraq seçkilərə qatılmışdım.  Ana Vətən Partiyasının adını orada qeyd etmişdik. Ölkədə proporsional seçki sistemi ləğv olunduğundan konkret partiya siyahısı mövcud deyil. Buna görə də hər kəs fərdi olaraq majoritar qaydada öz namizədliyini irəli sürür. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, biz həm 2005-ci, həm də 2010-cu ildə namizədliyimizi irəli sürdüyümüz dairədə partiya rəsmi olaraq məni müdafiə etmişdi. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası həmin dairələrdən, eyni zamanda 12 dairədən namizəd irəli sürməmişdi və bəyan etmişdi ki, orada digər namizdələri, istər müstəqil, istərsə də başqa partiya nümayəndəsini müdafiə edəcək. Onların içində mən də var idim. Buna görə hakim partiyaya təşəkkürlərimi bildirmişdim. 2015-ci ilə gəldikdə, çox açıq və səmimi olaraq söyləyim ki, bu gün bitərəf şəxs, deputat olsaq da, konkret əqidəyə, ardıcıl siyasi platformaya malikəm. Yəni ölkə rəhbərliyinin yürütdüyü kursu müdafiə edirəm. Bu deməkdir ki, fərdi və özəl qərarlar qəbul etmirəm. Bu, parlament seçkiləri üçün də belədir. Həqiqətən də bir çoxları formal cəhətdən söyləyirlər ki, bu barədə qərara gələ bilməyiblər. Mən isə söyləmişəm ki, hakim partiya gələcək dönəmdə də bizim namizədliyimizin məqbul olduğunu qəbul edəcəyi və parlamentdə iştirakımızı normal sayılacağı halda, namizədliyimiz irəli sürüləcək”.

Namidə BİNGÖL  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı