Modern.az

Özünü FHN əməkdaşı kimi təqdim etdi, Türkiyədə skandal oldu - Fotolar+VİDEO

Özünü FHN əməkdaşı kimi təqdim etdi, Türkiyədə skandal oldu - Fotolar+VİDEO

Hadisə

5 Yanvar 2022, 11:32

Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən meşə yanğınlarının söndürülməsinin aktiv iştirakçısı, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədliyə fəxri fərman verilib.

 

Modern.az-ın məlumatına görə, tədbirdən dərhal sonra həmin şəxsin FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxıb.

 

Türkiyənin media qurumları bu məsələni dəqiqləşdirmək üçün Modern.az-a müraciət edib. Onlar qeyd ediblər ki, özünü yanğınsöndürən kimi təqdim edən bu şəxsin hərəkətlərində şübhələr yaranıb.

 

Məsələ ilə bağlı FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq, bu şəxsin nazirliyin əməkdaşı olmadığını bildirib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar