Modern.az

Xanım sürücü qəza törətdi - 15 yaşlı qızı öldü

Xanım sürücü qəza törətdi - 15 yaşlı qızı öldü

Hadisə

12 May 2023, 20:48

Hacıqabulda yol qəzası baş verib. Hadisə nəticəsində sürücü xəsarət alıb, övladı isə ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat kəndindən keçən hissəsində baş verib.

 

Bakı sakini 40 yaşlı Vəfa Əliyevanın idarə etdiyi "Hyundai" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü V.Əliyevanın 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yaralı halda Şirvan xəstəxanasına yerləşdirilib

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır