Modern.az

Binanın damında köməksiz qalan qadın xilas edildi - VİDEO

Binanın damında köməksiz qalan qadın xilas edildi - VİDEO

Hadisə

6 May 2024, 10:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi