Modern.az

Karateçilərimiz medal uğrunda mübarizə aparacaqlar

Karateçilərimiz medal uğrunda mübarizə aparacaqlar

28 Yanvar 2023, 10:55

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

 

Modern.az xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb.

 

Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!