Modern.az

Tələbə Liqasına yekun vuruldu - FOTOLAR

Tələbə Liqasına yekun vuruldu - FOTOLAR

6 May 2024, 16:26

Mayın 3-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Tələbə Liqasına yekun vurulub.

 

Modern.az xəbər verir ki, III yer uğrunda mübarizədə Texniki Universitetin komandası Dövlət Neft və Sənaye Universitetinin komandasına qalib gəlib. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.

 

Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Bakı Dövlət Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Bakı Ali Neft Məktəbinin komandası tutub.

 

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyi, AFFA, Tələbə Futbol Federasiyası, Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.

 

Bədii hissədən sonra elm və təhsil nazirinin müavini,Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb.

 

Daha sonra oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına kubok və hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib. 

 






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi