Modern.az

İdmançılarımız Dünya Kubokunun qalibi oldular

İdmançılarımız Dünya Kubokunun qalibi oldular

İdman

30 Yanvar 2023, 09:24

Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.

 

Dövlət Sərhəd Xidmətindən (DSX) Modern.az-a verilən məlumata görə, bütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli "Sankt Moritz"lə üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda "Land of Fire" qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

 

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü