Modern.az

"Neftçi"dən növbəti qələbə 

İdman

15 Mart 2024, 22:39

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

 

Modern.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

 

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

 

"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

 

Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir