Modern.az

Bu gün Misli Premyer Liqasında 2 oyun olacaq

Bu gün Misli Premyer Liqasında 2 oyun olacaq

İdman

16 Mart 2024, 09:32

Bu gün Misli Premyer Liqasında 27-ci tur davam edəcək.

Modern.az xəbər verir ki, bu gün 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Kəpəz"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Digər matçda "Araz-Naxçıvan" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Bu oyun isə saat 18:30-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Dünən keçirilən bir oyun belə nəticələnib: “Neftçi” – “Səbail” - 3:0 

16 mart

16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”
 

17 mart
 

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir