Modern.az

Gürcüstan ilk dəfə Avropa çempionatında 

Gürcüstan ilk dəfə Avropa çempionatında 

İdman

26 Mart 2024, 23:57

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.

 

Modern.az xəbər verir ki, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib.

 

Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb - 4:2.

 

Qeyd edək ki, Uels - Polşa və Ukrayna - İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü