Modern.az

Avro-2024-ün finalına çıxan bütün ölkələr məlum oldu - QRUPLAR

Avro-2024-ün finalına çıxan bütün ölkələr məlum oldu - QRUPLAR

İdman

27 Mart 2024, 09:00

Futbol üzrə 2024-cü ilin Avropa çempionatında iştirak hüququ qazanan bütün ölkələrin adları məlum olub.

Modern.az xəbər verir ki, ötən gecə keçirilmiş ilk pley-off matçında Gürcüstan Yunanıstanla qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. 

Günün digər oyununda Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb.  

Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb.

Beləliklə, Avro-2024-ün finalında oynayancaq bütün komandaların adına aydınlıq gətirlib.
 

Püşkatmanın nəticələrinə əsasən, komandalar aşağıdakı qruplara bölünüb:
 

A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu: Avstriya, Fransa, Niderland, Polşa

E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan
 

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Turnir iyunun 14-ü Münhen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü