Modern.az

"Sabah" öz meydanında məğlub oldu 

İdman

30 Mart 2024, 23:35

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Sabah" doğma meydanda "Zirə"ni qəbul edib. "Bank Respublika Arena"sında oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 24-cü dəqiqədə "qartallar"ın müdafiəçisi Ruan Renato vurub.

 

Günün ilk oyununda "Səbail" və "Turan Tovuz" qollu heç-heçə edib - 1:1.

 

Bu nəticədən sonra 42-ci xalını qazanan “Zirə” üçüncü pilləyə yüksəlib. "Sabah" isə 40 xalla dördüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Kəpəz”i 6:1 hesabı ilə məğlub edib. Tura martın 31-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir