Modern.az

İspaniya çempionu məlum oldu 

İspaniya çempionu məlum oldu 

4 May 2024, 23:32

"Real" İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub.

 

Modern.az xəbər verir ki, Madrid təmsilçisi doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gəlib.

 

"Kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.

 

“Real” bununla 36-cı dəfə İspaniya çempionu olub.

 

Turnir cədvəlində birinci olan "Real"ın 87 xalı var. İkinci sırada "Jirona" (74 xal), üçüncü yerdə "Barselona" (73 xal) qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi