Modern.az

İcra Hakimiyyətində yeni TƏYİNATLAR

İcra Hakimiyyətində yeni TƏYİNATLAR

İqtisadiyyat

16 Oktyabr 2019, 12:07

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

 

Modern.az-ın məlumatına görə, bir müddət əvvəl RİH başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Ramiz Göyüşovun yerinə Cahangirzadə İskəndər Kamil oğlu təyin edilib.

 

Qeyd edək ki, yeni təyinata qədər İskəndər Cahangirzadə RİH başçısının köməkçisi vəzifəsində işləyib.

 

Bundan əlavə, icra başçısı Elxan Allahverdiyevin müvafiq əmriylə Rauf Həsənov başçının köməkçisi vəzifəsinə təyin olunub.

 

Xatırladaq ki, bundan əvvəl Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun dövlət qulluğuna xitam verilərək, təqaudə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir