Azərbaycan əsilli iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Türkmənistana səfər edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vahid Ələkbərov Türkmənistanla Azərbaycanın birgə istismar edəcəyi “Dostluq” neft yatağı ilə bağlı danışıqlar aparıb.
“Bu layihə tərəflər arasında yeni əmıəkdaşlıq perspektivi açır”- deyə tərəflər fikir səsləndirib. “Lukoyl” şirkəti layihənin əsas operatoru olacaq.
Xatırladaq ki, Vahid Ələkbərov Rusiyanın ən zəngin iş adamlarından biridir. Onun şəxsi sərvəti 25 milyard dollara yaxındır.