Modern.az

Azərbaycanda minimum pensiya 20 faiz artıb

Azərbaycanda minimum pensiya 20 faiz artıb

30 Dekabr 2021, 11:37

Azərbaycanda minimum pensiya 20 faiz artıb, 240 manata çatdırılıb.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, bu da 65 min vətəndaşı əhatə edəcək:

"Azərbaycanda sosial minimumların artırılması çox əhəmiyyətlidir. Ötən həftələr ərzində minimum əməkhaqqı da 300 manata çatdırılıb. Bunlar yaşayış minimumu üzərində 43 faiz artım deməkdir. 2018-2019-cu illərdə ilk sosial islahatlar zamanı 3 milyard manatlıq maliyyə yükü ayrılmasına dair tapşırıq verildi. Bu, əhalinin 40 faizini əhatə etdi. Sosial ödənişlər son 3-4 ildə 60 faiz artıb və artıq 6,4 milyard manata çatır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar