Modern.az

Rövnəq Abdullayev SOCAR-da maaşları ARTIRIR - ÖZƏL

Rövnəq Abdullayev SOCAR-da maaşları ARTIRIR - ÖZƏL

İqtisadiyyat

31 Dekabr 2021, 08:43

SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.

 

Əmrə əsasən,  SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.

 

Beləliklə, 1 yanvar 2022-ci ildən “Dövlət Neft Şirkətində işçilərin vəzifə əməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar