Modern.az

Azərbaycan neftinin qiyməti 88 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 88 dolları ÖTÜB

İqtisadiyyat

15 Mart 2024, 08:36

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 dollara yaxın artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,70 ABŞ dolları, yaxud 1,97 % artaraq 88,39 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir