Modern.az

Azərbaycan nefti 88 dolları ötüb

Azərbaycan nefti 88 dolları ötüb

İqtisadiyyat

19 Mart 2024, 09:08

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 88 dolları ötüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 0,95 % artaraq 88,53 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü