Modern.az

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb - Alternativ mənbələrdə artım var

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb - Alternativ mənbələrdə artım var

İqtisadiyyat

27 Mart 2024, 12:25

2024-cü ilin ilk iki ayında Azərbaycanda 4.7 milyard kilovat-saata (kVt·st) yaxın elektrik enerjisi istehsal olunub. 
 

Modern.az-ın apardığı hesablamalara görə, ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalında azalma qeydə alınıb.
 

Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkəmizdə 5.2 milyard, 2022-ci ilin eyni dövründə isə 4.9 milyard kVt·st elektrik enerjisi istehsal olunub.
 

Azalma əsasən istilik elektrik stansiyalarında (İES) istehsal olunan elektrik enerjisi ilə əlaqəli olub. Belə ki, ötən il İES-lərdə 5 milyard kilovat-saata elektrik enerjisi istehsal olunubsa, bu il bu rəqəm 4.3 milyardan bir qədər artıq olub.
 

Ölkəmizdə fəaliyyət göstərən su elektrik stansiyalarında (SES) isə ötən illə müqayisədə 146.7 milyon kilovat-saat daha çox elektrik enerjisi istesah olunub və bu mənbədən əldə olunan elektrik enerjisi 268.3 milyon kilovat-saata çatıb.
 

Hesablamalara görə, Azərbaycanda bu ilin ilk ayında alternativ enerji mənbələrindən əldə olunan elektrik enerjisində artım olub. Bu dövrdə külək elektrik stansiyalarında 9,5 milyon kVt·st (ötən il 9.1 milyon), günəş elektrik stansiyalarında 50,7 milyon (ötən il 8.4) kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st (ötən il 39) elektrik enerjisi istehsal edilib.
 

İki ay ərzində elektrik enerjisinin idxalı 32,5 milyon kVt·st, ixracı isə 221,6 milyon kVt·st olub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal artıb ixrac isə təxminən 4 dəfə azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü