Modern.az

Dünya şöhrətli kinorejissorun qızı həbs edildi

Dünya şöhrətli kinorejissorun qızı həbs edildi

Mədəni̇yyət

1 Mart 2020, 18:07

Dünyaca məşhur kinorejissor Stiven Spilberqin qızı Mikaela məişət zorakılığı ilə bağlı həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Fox News” yazıb.

 

KİV-in məlumatına görə, 23 yaşlı Mikaela Spilberq Tennessi ştatının Neşvill şəhərində fevralın 29-da 6.30-da həbs edilib.

 

Qızın həbsi 47 yaşlı nişanlısı Çak Pankov tərəfindən təsdiqlənib.

 

“Bu, doğrudur”, - deyə Pankov bildirib və əlavə edib ki, hadisə “anlaşılmazlıq” nəticəsində baş verib və heç kim xəsarət almayıb.

 

Lakin o, hadisənin detallarını açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok